04 Iyul 2024 15:08
433
DÜNYA

Ukrayna bu halda yeni əks-hücum əməliyyatına başlaya bilər - Zelenski AÇIQLADI

Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən hərbi yardım gəldikdə yeni əks-hücum əməliyyatına başlaya bilər.

Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Blomberg agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu canlı qüvvə baxımından bir neçə ay əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdədir və yeni əks-hücum onların komplektləşdirilməsi məsələsidir.

"Hazırda 28-35 min əsgərdən ibarət 14-ə yaxın briqada Amerika və Avropa müttəfiqlərindən silah tədarükündə gecikmələr səbəbindən döyüşə hazır deyil", - deyə Zelenski əlavə edib.