Ukrayna çox hərbçi itirib, yoxsa Rusiya? - Müqayisəli rəqəmlər dəhşət doğurdu...
Hazırda dünya Ukrayna ilə Rusiyanın itkilərini müzakirə edir.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyen məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukrayna 100 mindən çox hərbçi itirib: “AB-nin hesablamalarına görə, Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı zamanı Ukrayna tərəfinin mülkü şəxs itkiləri isə 20 mindən çoxdur”.
Leyen fikrincə, fevralın 24-də başlayan genişmiqyaslı hərbi əməliyyatlardan bəri Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib.
Qeyd edək ki, Ukrayna Baş Qərargahının Rusiyanın itkiləri barədə verdiyi məlumat da maraqlıdır. Ukrayna Baş Qərargahı müharibənin 280-ci günü belə bir açıqlama yayıb. Rusiya indiyə qədər 88 880 hərbçi, 2 914 ədəd tank, 5 872 ədəd zirehli döyüş maşını, 1902 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 210 hava hücumundan müdafiə sistemi, 280 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4429 ədəd avtomobil texnikası, 1562 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.
Əntiqə Rəşid
Digər Xəbərlər
04 Noyabr 2025 16:33
Şimali Koreyanın keçmiş lideri vəfat etdi
04 Noyabr 2025 15:50
Aİ Ukraynaya 180 milyard avro yardım ayırıb
04 Noyabr 2025 11:57
“Ermənistan Baş naziri “Qarabağsız Ermənistan” şüarı ilə seçkiyə gedir”
04 Noyabr 2025 11:51
ABŞ narkotik daşıyan gəmini vurdu
04 Noyabr 2025 11:49
Dünya yenidən nüvə silahlanması yarışı ilə üzləşə bilər...
04 Noyabr 2025 11:46
Rusiyanın İtaliyadakı səfiri XİN-ə çağrıldı
04 Noyabr 2025 09:35
Kamçatkada ikinci zəlzələ oldu - YENİLƏNİB
03 Noyabr 2025 20:00


Bakı -°C

