Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
“Düşmən cəbhədə fəlakətlə üzləşib. Lakin dayanmaq fikrində deyil”.
Adalet.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.
“Rusiya ordusu 3 günə Kiyevə girməyi planlaşdırırdı. Amma onlar hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çata bilmirlər. Onların döyüşmək imkanlarının olmadığı aydındır. Amma hələ dayanmaq fikirləri yoxdur. Təəssüf ki, biz proseslərin sabah bitəcəyini düşünə bilmərik”.
Denisenkonun fikrincə, müharibənin sonu hələ çox uzaqdadır.
O, hazırda bir çox ərazilərdə şiddətli döyüşlərin getdiyini söyləyib.
Digər Xəbərlər
21 Sentyabr 2026 09:15
Türkiyədə güclü zəlzələ oldu
21 Sentyabr 2026 08:55
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
21 Sentyabr 2026 08:26
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
21 Sentyabr 2026 07:51


Bakı -°C

