Ukraynada Rusiya casusu saxlanılıb
Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Adalet.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan şəxs Odessa vilayətində həkim vəzifəsində fəaliyyət göstərib.
Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə qarşı tərəfə məlumat ötürdüyü aşkarlanıb.
Onun barəsində Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
26 Aprel 2024 10:54
Gürcüstanın Avropa İttifaqına qəbulu sual altında...
26 Aprel 2024 10:47Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
26 Aprel 2024 10:04"NATO Ukraynaya vəd etdiyi hərbi yardımı göndərməyib" - Stoltenberq
26 Aprel 2024 09:56Dünyanın ən gözəl ölkələrindən birində işləmək istərdinizmi?
25 Aprel 2024 16:26