28 Oktyabr 2024 14:21
100
DÜNYA

UKRAYNALILARI PARİSDƏN QOVURLAR

Təkcə Parisdən yox, Fransanın hər yerindən. Özünü demokratiyanın, insanlığın  beşiyi sayan Fransa deyir ki, qonaq bir gün olar, üç gün olar, bir həftə olar.

Ukraynalılar da deyir ki, başımıza elə bir oyun açmısınız ki, qonaq bu il burdadı, gələn il də sərasər.

ABŞ başda olmaqla Avropa dövlətləri, qısası NATO guya Rusiyanı gücdən salacaqlarına inanıb Ukraynanı verdilər bada. Ölkə dağılıb, böyük şəhərləri Ağdamın gününə düşüb. Əhalisinin on milyonu ölkəni tərk edib üz tutub Avropaya, guya Avropada yağ-bal verirlər, heç şor-çörək də vermirlər. Demək olar ki, Avropa ölkələri ukraynalıların əlindən bezib. 

Öz cəzandır, çək, Balaş!