Ukraynanın baş naziri elan etdi: 750 milyard dollar lazımdır
"Ölkənin müharibədən sonrakı inkişafı üçün 750 milyard dollar lazımdır".
Adalet.az xəbər verir ki, bunu İsveçrənin Luqano şəhərində keçirilən Ukrayna İnkişaf Konfransında çıxış edən baş nazir Denis Şmiqal deyib.
Şmiqal Rusiyanın Ukraynaya hücumlarının vurduğu maddi ziyana toxunub:
"Fevralın 24-də müharibə başlayandan bəri Ukraynada infrastruktura dəyən ziyanın 100 milyard dollara çatdığını bildirən Şmiqal Ukraynanın yenidən qurulması üçün 3 mərhələdən ibarət inkişaf planının həyata keçirilməli olduğunu qeyd edib.
Birinci mərhələdə insanların gündəlik həyatının normallaşdırılmasının vacibliyini qeyd edən Şmiqal ikinci mərhələdə müvəqqəti yaşayış, xəstəxana və məktəb tikintisinin nəzərdə tutulduğunu, üçüncü mərhələdə isə ölkənin inkişaf prosesinə start verildiyini bildirib.
Sözügedən inkişaf planı üçün 750 milyard dollar lazım olduğunu vurğulayan Şmiqal, "Bu yeniləmə planını kim ödəyəcək?" ifadəsini işlədib.
Digər tərəfdən, konfransda çıxış edən Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Ukraynanın müharibədən sonrakı yaralarını sağaltmaq və ölkə iqtisadiyyatını yenidən qurmaq üçün xüsusi platforma yaradacağını açıqlayıb.
Von der Leyen, AB-nin müharibənin başlamasından bu yana Ukraynaya 6,4 milyard dollarlıq maliyyə dəstəyi göndərdiyi barədə məlumatı paylaşaraq, "Daha çox maliyyə dəstəyi gələcək. Orta və uzunmüddətli yenidənqurma prosesinə ciddi diqqət yetirəcəyik"- dedi
Ukrayna İnkişaf Konfransı sabah başa çatacaq. Konfransda Türkiyəni xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Faruk Kaymakçı təmsil edir.
Digər Xəbərlər
24 Dekabr 2025 16:31
Hakan Fidan HƏMAS liderləri ilə görüşdü
24 Dekabr 2025 16:15
Ərdoğan Liviya Baş nazirinə başsağlığı verdi
24 Dekabr 2025 12:53
Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi
24 Dekabr 2025 11:58
Tramp Paşinyana hədiyyə göndərdi
24 Dekabr 2025 11:38
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
24 Dekabr 2025 11:25
Rifah və sağlamlıq: Türk üslubunda kompleks istirahət - FOTOLAR
24 Dekabr 2025 11:24
Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı
24 Dekabr 2025 10:50


Bakı -°C

