Ukraynanın NATO-ya üzvlüyü qaçılmazdır - Blinken
Blinken Ukraynanın NATO-ya üzvlüyünü qaçılmaz adlandırıb.
Adalet.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.
Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda o bildirib ki, adıçəkilən ölkə alyansa üzvlük yolundadır:
“İyul sammitində biz bəyan etmişdik ki, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü qaçılmazdır. Ukrayna həm Avropa ittifaqı, həm də NATO istiqamətində irəliləyir”.
Bununla yanaşı, A. Blinken həmin məqsədə çatmaq üçün Ukraynanın bir sıra islahatlar həyata keçirdiyini vurğulayıb:
“Həmin islahatların arasında hərbi risklərdən sığortalanma sisteminin yaradılmasını göstərmək olar. Hərbi sahədə investisiyalaşmanı asanlaşdıran yeni sistemin dəyəri 350 milyon dollar təşkil edir”.
Digər Xəbərlər
21 Sentyabr 2026 09:15
Türkiyədə güclü zəlzələ oldu
21 Sentyabr 2026 08:55
Suriyada silah-sursat anbarında partlayışlar baş verib
21 Sentyabr 2026 08:26
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
21 Sentyabr 2026 07:51


Bakı -°C

