10 Avqust 2024 13:55
280
MƏMLƏKƏT

"Ümid edirik ki, humanist dövlətimiz Təhmasibi bağışlayacaq"

“ Biz Almaniyaya yerləşərkıən ordan siyasi sığınacaq istəməmişdik. Hec bu haqda düşünmək ağlımızdan da keçməyib. Almaniyaya sadəcə humanitar oturum almaq üçün getmişdik. Buna görə hətta xeyli əziyyət də çəkdik . Təhmasib də, mən də oradakı xəstəxana da kurs keçdik, xəstə baxıcısı kimi praktika qazandıq. Öz zəhmətimizlə dolanışığımızı düzəltmək üçün hər cür çətinliyə sinə gərdik. Təəssüf ki, bu alınmadı, mümkün olmadı və biz 2021-ci il iyun ayının 11 –də Azərbaycana qayıtdıq”.


Bu sözləri 2017-ci ildə Azərbaycandan Almaniyaya köçən və 2021-ci ildə geri qayıdandan sonra həbs edilən Təhmasib Quliyevin həyat yoldaşı Sevinc Quliyeva Adalet.az saytına bildirib.
Oxucularımız üçün bildirək ki, əslən Ağdam rayonundan olan T.Quliyev Azərbaycana qayıtdıqdan sonra əlaqəsi olmayan məsələlərlə bağlı problemlər yaşayıb.

Təhmasib müəllimin bibisi oğlu Qarabağ qazisi Ədalət Məhərrəmov (Milli Qəhrəman Fred Asifin qardaşı) da bizimlə söhbətdə vurğuladı ki, bəzi qüvvələr tərəfindən Təhmasib Quliyevə böhtan atılıb:”Guya o, Almaniyaya köçdükdən sonra feysbuk sosial şəbəkəsində səhifə açaraq dövlətə qarşı açıq çağırış məzmunlu paylaşımlar edib və şərhlər yazıb.

Amma bunlar absurd məsələlərdir. Buna baxmayaraq 2021-ci ildə ölkəyə qayıtdıqdan sonra onunla bağlı materiallar araşdırılıb və “fakt” təsdiqini tapıb. Bundan sonra onun barəsində cinayət işi başlanılıb və materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib".

Qazi Ədalət Məhərrəmov Almaniyada olan həmyerlilərimizin bir çoxunun Təhmasibi tanıdığını və onu vətənpərvər hesab etdiyini söyləyir:"Almaniyadakı həmyerlilərimiz  isə bilir ki, Təhmasib “Xocalıya ədalət” kampaniyası tədbirlərində , mitinqlərində çox aktiv olub.

Səhv etmirəmsə, 2019-cu ildə Berlində “Xocalıya ədalət!” aksiyası keçirilərkən də dayım oğlu Təhmasib o tədbirlərə qoşulub. Biz Təhmasibi körpəliyindən tanıyırıq. Vətənpərvərdir, əsl kişi xarakterinə malikdir. O Azərbaycana qarşı hər hansı səhv addım atsaydı nəslimiz, kökümüz onu silib atardı.

Hamımız bilirik ki, Təhmasib doğrudan da Azərbaycan dövlətinin , hökümətinin əleyhinə bir kəlmə danışmış olsaydı, orada ona geniş imkanlar açılardı. Heç o da Azərbaycana qayıtmazdı. Qalardı orda yaşayardı özü üçün.
Təhmasibi yaxından uzaqdan tanıyan hər kəs bilir ki, o elə nəslin oğludur ki, bunu etməz. Təhmasibin nəsl- kökündən 3 milli Qəhrəman: Asif Məhərrəmov, Şirin Mirzəyev, Ramiz Qənbərov vətən üçün canından keçib. Xeyli şəhidimiz və qazimiz var!
O bilir ki, əgər Azərbaycana qarşı səhv buraxarsa, onu nə şəhidlərimizin ruhu, nə də qazilərimiz, xüsusəndə, Milli Qəhrəman Fred Asifin ruhu bağışlamaz!

Hamımıza məlumdur ki, bu Təhmasibə qarşı bir oyundur. Çünki, Təhmasib 2021-ci ildə Azərbaycana gəlib. Onun haqqında həbs qərarı 2023-cü ilin dekabrında həyata keçirilib. Doğrudan da,  Təhmasibin bir səhvi, bir günahı olsaydı o, elə aeroportda (2021-ci ildə ) həbs olunmalı idi! Bəs niyə bunu 2 il ləngitdilər?! Dayım oğluna qarşı kim oyun oynayırsa, tezliklə üzə çıxacaq !”


Təhmasibin xanımı Sevinc bildirir ki, ola bilər ki, facebook səhifəsində bəzi çatışmamazlıqlara, bəzi problemlərə qarşı etiraz edib. Ağdamın işğalda olmasından doğan bir aqressiyası da ona təsir edib. Təhmasib bunu etiraf edib. Səhvi üçün üzr istəyib. Amma Təhmasib hər zaman xalqına, dövlətinə, bayrağına , dövlət atributlarına, eləcə də dövlət başçısına sadiq insan olub. O, Almaniyada yaşayarkən  dövlət tədbirlərində mütəmadi iştirak edib.

Kölndə, Brüsseldə “Xocalıya Ədalət” tədbirində, 44 günlük müharibə dövründə “ Vətənə dəstək” yürüşündə fəallığı ilə seçildi.Hətta yürüşdən canlı açaraq Azərbaycanı dəstəklədiyini söyləmişdi. Daha sonra Almaniyada Məmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı tədbirdə canfəşanlıqla iştirak edib. Yeri gəlmişkən, Azərbaycan Diaspor Təşkilatı ilə əlaqəsi vardı deyə, tədbirlərdən xəbərdar olurdu. Odur ki, orada yaşayan azərbaycanlıları israrla həminb tədbirlərdə iştirak etməyə çağırırdı. Deyirdi ki, azərbaycanlıların hamısı diasporamızın təşkil etdiyi tədbirlərdə mütləq iştirak etməlidir və dünya xalqları görməlidir ki, biz lazım gələndə Vətən üçün bir hədəfə vurmağı , birləşməyi bacarırıq”.

Sevinc xanım onu da bildirdi ki, Təhmasibin azyaşlı körpəsi var və üstəlik heç vaxt dövlətçiliyimizə qarşı səhv hərəkət etməyib, heç bir vətəndaşı incitməyib:” Ümid edirəm, bunu nəzərə alan humanist dövlətimiz Təhmasibi bağışlayacaq”.

Qeyd edək ki, Təhmasib Quliyev cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bundan sonra onun barəsində cinayət işi başlanılıb və materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 7 iyun tarixli hökmü ilə T.Quliyevə 2 il həbs cəzası verilib.

 Əntiqə Rəşid