"UNEC elmi uğurlarını artırır" - Ədalət Muradov

"UNEC alimlərinin Web of Science-də çap olunmuş məqalələrinin sayı son 10 ildə 301 dəfə artıb. Həmin bazada bütün istinadların (özünə istinadlar istisna olmaqla) 92%-i də məhz son 10 ilin payına düşür".
Adalet.az xəbər verir ki, UNEC-də keçirilən Elm Festivalının açılışında rektor, professor Ədalət Muradov universitetin əldə etdiyi elmi uğurlardan söz açıb:
Rektorun sözlərinə görə, 2015-ci illə müqayisədə 2024-cü ildə UNEC alimlərinin Scopus-da çap olunmuş məqalələrinin sayı 277 dəfə, Scopusda məqalələrə istinad sayı isə 227 dəfə artıb. Həmin məqalələrin 98 %-i, istinadların 98,5 %-i son 10 ilin payına düşür.
Ədalət Muradov bildirib ki, Web of Science və Scopusda çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC dünyada liderdir.
"UNEC-də elmi fəaliyyətin təşviq sistemi təkmilləşdirildikdən sonra 2023-cü illə müqayisədə 2024-cü ildə Scopus-dakı məqalələrin sayı 2 dəfə, Web of science-dəki sayı 2,5 dəfə artıb. 2024-cü ildə UNEC alimlərinin Scopusda çap olunmuş məqalələrinin 81,2%-i 123 ölkənin, Web of Science-dəki məqalələrin 91%-i 108 ölkənin alimləri ilə birgə çap olunub".
Digər Xəbərlər

36 məktəb direktoru işdən azad edilib

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin nəzərinə!

Hulusi Akarın Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbəti - VİDEO

Birinci sinfə qəbul prosesində YENİLİK

Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzaladı - FOTOLAR

Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək - Nazir açıqladı

Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatır
