UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin Sədri seçildi
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) VI ümumi yığıncağı keçirilib.
Adalet.az xəbər verir ki, Ahmet Yesevi Universitetinin ev sahibliyi və Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Ömər Kocamanın sədrliyi ilə keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Macarıstandan 50-dən çox rektor və universitet nümayəndələri təmsil olunub. Yığıncaqda UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadə də iştirak ediblər.
Yığıncağın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun videomesajı dinlənilib. Açılış nitqlərindən sonra Türkiyə Universitetlər Birliyinin 6-cı ümumi yığıncağı işə başlayıb, gündəlikdəki məsələlər müzakirə edilib və növbəti il üçün sədrlik seçkisi keçirilib.
2023-2024-cü illər üzrə UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Sədri seçilib. Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirəcək.
QEYD: Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyi Türk Dünyasına üzv ölkələr arasında ali təhsil sahəsində iş birliyini həyata keçirmək məqsədilə ilə 2012-ci ildə yaradılıb. Hazırda birliyin 50-yə yaxın üzvü var.
Digər Xəbərlər
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18


Bakı -°C

