USAİD ölmədən əvvəl 250 milyonun yarısını Ermənistana köçürə bildi
Xəbər vermişdik ki, ABŞ Prezidenti D.Tramp beynəlxalq yardım proqramları üçün maliyyəni dondurur. Xatırlayırsınızsa, xəbərdə bildirmişdik ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2024-cü ilin sentyabrında Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. ABŞ dünyanın ən böyük yardım təminatçısı olan USAİD və Oxfam America -nın fəaliyyəti ən azı 3 ay dayandırılacaq.
Adalet.az xəbər verir ki, 2024-cü ildə Ermənistan ABŞ-la əməkdaşlığın inkişafı çərçivəsində nəzərdə tutulmuş USAİD ilə qrant sazişində nəzərdə tutulan ümumi 250 milyon dollar əvəzinə 110 milyon dollar alıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb: “2024-cü ilə qədər 250 milyon dollardan 110 milyon dollar ayrılıb, onun təqribən 49 milyon dolları “Demokratik keçidin təşviqi”nə yönəldilib”, - XİN-dən bildiriblər.
Bu təşəbbüs çərçivəsində 5 proqram həyata keçirilib: qanunun aliliyi və insan hüquqları (6,6 milyon dollar), yaxşı idarəetmə (təxminən 18,9 milyon dollar), siyasi rəqabət və konsensusun yaradılması (təxminən 8 milyon dollar), vətəndaş cəmiyyəti və media (13,6 milyon dollar), humanitar yardım (1 milyon dollar).
Təxminən 60 milyon dollar “iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması” çərçivəsində proqramlar arasında bölüşdürülüb. Belə ki, özəl sektorun məhsuldarlığının artırılmasına təqribən 29,8 milyon dollar, işçi qüvvəsinin inkişafına təxminən 3,2 milyon dollar, enerji xidmətlərinə təqribən 25,8 milyon dollar, humanitar yardıma isə 1 milyon dollar ayrılıb.
Qeyd edək ki, son günlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bir neçə bölməsində 500-ə yaxın işçi ixtisar edilib. Məlumata görə, qovulanların çoxu Əfqanıstan, Suriya və Ukraynada işləyənlər olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
12 Noyabr 2026 21:21
Türkiyədə hərbi helikopter qəzaya uğradı - Hərbçilər öldü - YENİLƏNİB
12 Noyabr 2026 19:50
Türk İnvestisiya Fonduna prezident təyin olundu
12 Noyabr 2026 17:48
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
12 Noyabr 2026 14:00
Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
12 Noyabr 2026 10:44
Prezidentləri qarşılayan fəxri qarovul dəstəsinin iki üzvü yerə yıxıldı - VİDEO
12 Noyabr 2026 10:08
Trampın xüsusi elçiləri yenidən Moskvada
12 Noyabr 2026 10:02
Semeru bir gündə altı dəfə püskürüb
12 Noyabr 2026 09:24


Bakı -°C

