Uşaq qatillərinin Xankəndidə “Sülh göyərçinli qız” heykəli: Aqibət
Ermənilər Azərbaycanın əbədi ərazisi olan Qarabağı müvəqqəti işğal edərkən, buurada özlərinə qondarma "dövlət" qurub, sərhədlər çəkərkən elə bilirdilər ki, Azərbaycanın igid oğulları bu əraziləri onlara bağışlayacaq. Ya da düşünürmüşlər ki, Azərbaycan1990-93-cü illərdəki kimi , həmişə çarəsiz durumda olacaq.
Yanıldılar.
Azərbaycan öz torpaqlarını gec də olsa, işğaldan azad etdi və dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və orada işğal dövründə 30 il müddətində tikilən hər bir icazəsiz, bütün qanunsuz tikililər sökülməlidir. İşğalçıların izi Qarabağdan silinməlidir. Çünki ermənidən qalan ən xırda detal 30 ildə itirdiklərimizin yenidən xatırlanması deməkdir.
Bu gün erməni mediası yenə coşub, özündən çıxıb. İddia edirlər ki, guya Azərbaycan dövləti bu işğalçıların mədəni abidələrini sistematik şəkildə dağıdıb. Dağıdılan heykəl isə sən demə, Xankəndinin mərkəzində yerləşən “Sülh göyərçinli qız” heykəli imiş. Erməni nəşrləri heykəlin ucaldıldığı tarixi yazmayıb, çünki, şübhəsiz ki, “Sülh göyərçinli qız” işğal dövründə tikilib. Guya bir vaxtlar sülhün, ümidin, hər bir uşağın xoşbəxt uşaqlıq hüququnun simvolu imiş . Utanmadan Qarabağdan bütün azərbaycanlıları, o cümlədən uşaqları həyasızcana deportasiya edən, əllərinə keçən körpələri öldürən ermənilər "türk uşağın" uşaq olduğunu unudublar.
Xankəndi səfərim zamanı o heykəli ötəri görmüşdüm və nədəsə yadıma mərhum jurnalist Çingiz Mustafayevin qucağındakı ermənilərin qəddarlıqla qətlə yetirdiyi körpə və bir də jurnalistin üsyan , kədər dolu səsi yadıma düşdü. Ermənilərin işğal dövründə torpaqlarımızda "əkdikləri" bütün tikililərin sökülməsini, yerinin də qaşınmasını bir azərbaycanlı, bir qarabağlı və nəhayət 30 illik bir köçkün olaraq tələb edirəm.
Bu yöndə qüdrətli dövlətimin həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirəm.
Qeyd edək ki, separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament binası”nın Azərbaycan hökumətinin göstərişinə əsasən sökülməsi hər bir azərbaycanlının sevincinə səbəb olmuşdu.
Əntiqə Rəşid
Digər Xəbərlər
12 Aprel 2026 00:26
Pravoslav xristianları Pasxa bayramını qeyd edir
12 Aprel 2026 00:14
Prezidentin “Kamaz” bağışladığı Ayazın atası DANIŞDI - VİDEO
11 Aprel 2026 19:25
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
11 Aprel 2026 12:05
Bakı küçələri yuyuldu
11 Aprel 2026 11:55
Vətən müharibəsi şəhidinin qardaşına vəzifə verildi - FOTOLAR
11 Aprel 2026 00:09
Çiyələyə zəhərli maddələr qatılır? - GÖRÜNTÜLƏR YAYILDI - VİDEO
10 Aprel 2026 20:00
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama
10 Aprel 2026 17:57


Bakı -°C

