ÜST-ün baş direktoru koronavirusla bağlı vəziyyətdən DANIŞDI
"2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlməyib".
Adalet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O bildirib ki, müşahidədə, testləşmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir: "Pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin biz hələ ona çatmamışıq".
O, təşkilatın qiymətləndirmələrinə görə, immunizasiya və ya keçirilmiş xəstəliklər səbəbindən dünya əhalisinin ən azı 90 faizinin SARS-CoV-2-yə qarşı müəyyən səviyyədə immunitetinin olduğunu qeyd edib. Bununla belə, ÜST ölkələri həm ictimai sağlamlıq, həm də insan hüquqlarını qoruyan riskə əsaslanan yanaşmanı tətbiq etməyə çağırır.
Onun sözlərinə görə, “omikron” ştamının aşkar edilməsindən bir il sonra, koronavirus "inkişaf etməyə davam edib" və hazırda “omikron”un yüksək ötürücü olan və yuxarı tənəffüs yollarına təsir edən 500-dən çox alt növü dövr etməkdədir: "Onlar koronavirusun əvvəlki variantlarına nisbətən daha az ağır xəstəliyə səbəb olurlar. Onların hamısı birlikdə immunitetin təsirindən daha asan qaçmağa imkan verən mutasiyalara malikdir".
Baş direktor qeyd edib ki, son beş həftə ərzində məlumatları təşkilata daxil olan həftəlik ölüm hallarının sayı bir qədər azalıb.
Digər Xəbərlər
26 Sentyabr 2026 21:00
Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
26 Sentyabr 2026 16:30
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
26 Sentyabr 2026 14:14
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
25 Sentyabr 2026 18:00
Bir çox xəstəliyinizin dərmanıdır
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37


Bakı -°C

