Uydurma "artsax"ın 37-ci ildönümündə ermənilərə SÜRPRİZ
Xəbər vermişdik ki, 37 il əvvəlin bu günü 1988-ci il 20 fevralda ermənilər Xankəndində Vilayət partiya komitəsinin binası qarşısında 3 min nəfərin iştirak etdiyi növbəti mitinqlərini keçiriblər. Həmin gün DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası Qarabağın ( Artsax) Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul ediblər.
Adalet.az xəbər verir ki, Paşinyan bu münasibətlə ermənilərə növbəti sürprizini çatdırıb. Beləki, İrəvanın Şenqavit rayonunda “Artsax” adlı otelin adını binadan söküb.
"Hraparak" yazır ki, rayon rəhbərliyi lövhədəki yazı ölçünün böyük olduğunu nəzərə alaraq lövhənin dəyişdirilməsini tələb edib:" Bu, çox böyükdür, standartdan kənardır, xüsusi ölçü olmalıdır, bilmirəm, böyüdəcəklər, ya kiçik edəcəklər, bu, texniki məsələdir, onların dedikləri standartlar daxilində olmalıdır, yəni bütün şəhərdə belə qəbul olunur”.
Qeyd edək ki, ermənilərin qəzəbləndirən tək "Artsax" yazılmış bu lövhənin çıxarılması deyil, bundan bir neçə gün əvvəl Komitas meydanından qondarma artsaxın əski parçalarının oradan götürülməsi, Ermənistan Parlamentinin spikeri Alen Simonyanın Qarabağı Artsax deyil, öz doğma adı ilə adlandırması və s. hadisələrdir. Onlar düşünür ki, bütün bu əmrlər Paşinyan hakimiyyətinin verdiyi "düşməncə" qərarlardır .
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Noyabr 2026 13:44
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
10 Noyabr 2026 11:55
İlham Əliyev Ərdoğana başsağlığı verib
10 Noyabr 2026 11:33
“Atatürkün iqtisadi siyasəti və Keynsin iqtisadi nəzəriyyəsi”
10 Noyabr 2026 11:28
“Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir”
10 Noyabr 2026 10:17
"Türkiyə-Azərbaycan birliyi əbədidir!" - VİDEOÇARX
10 Noyabr 2026 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı PAYLAŞIM
10 Noyabr 2026 00:26
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 İL ÖTÜR
09 Noyabr 2026 21:09


Bakı -°C

