adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2022 14:12
344
MƏMLƏKƏT

Uzaq dağ kəndinin toylu- büsatlı bir günü...

Bu gün sosial şəbəkələrdə maraqlı bir foto paylaşılıb.

Adalet.az bildirir ki, foto sosial şəbəkə istifadəçisi Elvin Cəfərzadə adlı  səhifəsində yayınlanıb. İstifadəçinin məlumatına görə , foto Astara rayonunun Motlayataq kəndində ötən gün çəkilib. Fotoda toy məclisinə tələsən bəy-gəlin cütlüyü və onların yaxınları əks edilib.  Güclü qar yağması ilə əlaqədər olaraq yolların bağlanması  gənclərin evlilik planını arxa plana keçirməyib. İstifadəçi yazıb: “Bu gün bir ailənin təməli qoyuldu. Ailə kiçik dövlətdir. Bu dövlətin təməli möhkəm, günləri ağ qədər bəyaz olsun”.

Qeyd edək ki, foto sosial şəbəkələrdə maraqla qarşılanıb

 Əntiqə Rəşid