adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
12 Yanvar 2022 12:46
248
ƏDƏBİYYAT

UZAQGÖRƏN ŞAİRLƏR - Fərid Hüseyn yazır

Allah olacaqlar barədə hər kəsə irəlicədən mesaj göndərir, sadəcə kimisi mesajı "oxunmaza qoyur", kimisi də "göndəriləni" o saatca oxuyur. Şairlər oxuduqları mesajların üzünü köçürürlər - gələcəkləri barədəki duyumlarını dilə gətirirlər....

Məsələn, iranlı məşhur şairə Fürux Fərruxzadın anası Betül Vesiritebar müsahibəsində qızının öz aqibətindən irəlicədən duyuq düşdüyü barədə danışarkən deyir ki: “Füruğ ölməmişdən bir neçə gün qabaq evimizə gəldi və “anacan, bilirsən az qala öləcəkdim?” dedi. “Niyə, Allah göstərməsin” dedim.

“Bir neçə adamla maşında idik, qəza oldu, hamısı yaralandı, amma mənim burnum da qanamadı”. “Allaha çox şükür! Allah xatirinə, özündən muğayat ol, Füruğ” deyəndə cavabında söylədi ki: Onsuz da Allah deyən olacaq” sonrasa əlavə elədi: “Ana, əlini ver baxım”. Əlimi tutub baxdı. Öz əlinə də baxdı. “Mənim ömrüm çox gödəkdir, tez öləcəm. Amma sənin ömrün çox uzundu”. Dedim ki, “Füruğ, bu sözləri deməkdə məqsədim ürəyimi qırmaqdısa, çıx get. Belə ağzına gələni danışmağını eşitmək istəmirəm”.

Qəhqəhə çəkib güldü: “Ana, inan ki, yalan demirəm”. Gedərkən “Anacan, bir fikirləş ki, bu yaxınlarda, məsələn, bazar ertəsi qəzetlərin birindən sənə zəng edib baş sağlığı versələr” deyəndə qayıtdım ki: “Füruğ and olsun ki, sən məni dəli edəcəksən, çıx get”. “Görəcəksən ki, sənə yalan demirəm”. Elə dediyi gün də maşın qəzasında düşdü və onu bir də görmədim”.