13 Noyabr 2023 12:58
3134
ŞOU-BİZNES

Üzeyir Mehdizadə: “… kişilik məktəbi görmüşəm”

Müğənni Üzeyir Mehdizadə şou proqramların birində atası haqqında danışıb.

Adalet.az bildirir ki, o, atasını ancaq gözəl xatırladığını, onunla qürur duyduğunu qeyd edib. Müğənni atasından  danışarkən kövrəlib:

“Onlar(ata- ana) dünyadan köçsələr də onlarıb zəhmməti bizim yaddaşımızdan silinmir. Çox istəyərdim ki, onlar sağ ikən onlara dəyər verək. Mən həmişə atamla qürur duymuşam. Ondan kişilik məktəbi görmüşəm. Atanı övladı kimi tanıyan olmaz. Atam çox qayğıkeş, mehriban insan idi. Çox açıqsözlü idi. İradları olanda mütləq deyirdi, məsləhətlər verirdi. Ölümündən bir neçə gün öncə xəstəxanaya getməzdən əvvəl  deyəcəyini dedi.”

Əntiqə