adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 12:27
67
ŞOU-BİZNES
A- A+

Üzeyir: “Onları efirdə işıqçı kimi tanıyırdım”

Meyxanaçı Üzeyir Mehdizadə  illər əvvəl efirlərdə başına gələn əhvalatlardan danışıb.

Adalet.az xəbər verir ki, o, oxuduğu mahnılara görə çox danlandığını etiraf edib:

“Yeni- yeni efirlərə dəvət alırdım. Orada mahnılarımı dinləmək əvəzinə məni danlayırdılar.  Üzümə hər sözü deyirdilər. Mahnılarımı bəyənməyən adamların çoxusunu tanımırdım. Yəni hamı bir- birini tanımaq məcburiyyətində deyil axı.  İnanın səmimiyyətimə, elə bilirdim ki, həmin kəslər efirlərdə işıqçı işləyir. Ancaq sonra görürdüm ki, efir başlayanda mənimlə birgə qonaq kürsüsündə əyləşirlər. Oxuduğum mahnılar haqda pis fikirlər səsləndirirlər. Həmin sözləri deyənlər haqda məlumat toplayanda görürdüm ki, bu adamın özünün heç normal səsi, sənəti yoxdur.  Kimsə məndən 10-15 il əvvəl oxumağa başlayıb deyə mütləq onu tanımalıyam? Kimisə tanımadığım üçün təhqir olunmalıyam, danlanmalıyam?  Bu hallar o qədər yaşanb ki…
Axırda  çağrıldığım  proqramların prodüsserlərinə deyirdim ki, belə hallar olmasını istəmirəm. Məni özümdən yaşca böyük adamla çağırırsınız, o da ağzına gələni deyir. Məndən yaşca böyükdür deyə cavab vermirəm. Belə olmaz axı”.

Əntiqə