Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı
Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən stasionar postunda “KİA” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb. Sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb, lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb.
Adalet.az xəbər verir ki, araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.
Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.
Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Digər Xəbərlər
03 Avqust 2026 09:24
İrandan Azərbaycana 112 kq heroin keçirilməsinin qarşısı alınıb
02 Avqust 2026 18:52
Daha bir tiktoker həbs olundu - FOTO
31 Iyul 2026 17:18
Narkotik satışı ilə bağlı iki nəfər saxlanıldı
31 Iyul 2026 16:28
Çimərlikdə oğurluq edən şəxs saxlanıldı
31 Iyul 2026 11:10
Böyrək alveri şəbəkəsində Azərbaycan izi var?
30 Iyul 2026 20:00
Fişinq saytları ilə kart məlumatlarını ələ keçirən daha iki nəfər saxlanıldı - VİDEO
29 Iyul 2026 18:44
İnterpolun axtardığı şəxs Monteneqroda tutulub - Ölkəyə gətirildi
28 Iyul 2026 12:18


Bakı -°C

