adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Mart 2023 14:18
480
HADİSƏ

 Valideyn: "Paşinyan Türkiyədəki zəlzələyə ağladı, yanıb ölən 15 gəncə ağlamadı"

Xəbər verdiyimiz kimi bu ilin yanvar ayında Ermənistanın Geğarkunik vilayətinin Azat kəndində yerləşən hərbi hissələrdən birində baş verən partlayış və yanğında 15 əsgər yanaraq öldü.


Adalet.az
xəbər verir ki, bu gün Azat kəndinin hərbi yaşayış məntəqəsində həlak olan 15 hərbçinin işi ilə bağlı mətbuat konfransı keçirilib. Konfransında iştirak edən valideynlərdən biriləng aparılan istintaq işini tənqid edib:”Bu qədər vaxt keçib, amma nə hökumət, nə Milli Məclis, nə də nazirliklər heç bir iş görməyib”.
Bu sualdan sonra əsgər valideyni hədəf olaraq Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf seçib: “Ermənistan Müdafiə nazirinin bu faciədən sonra niyə öz vəzifəsində qalması ilə bağlı aydın sualımız var. Paşinyan Türkiyədə baş verən zəlzələ üçün ağladı, amma vətənimizi qoruyan 15 gəncə bir dəfə də olsun ağlamadı?”.
Daha sonra valideyn tədbirin təşkilatçılarına haqlı suallar ünvanlayıb:“Övladlarımız nə üçün öldülər? Özləri etsə də, türk etsə də, bu, onsuz da yalnız və yalnız onların vicdanındadır. Paşinyan ilk gündən hansı haqla şübhəli fərziyyələr yayırdı? Əgər onlar yandırılıbsa, o zaman qaz haradan gəlib?Sadə suallar yaranır. Ona görə də, düşünürük ki, onlar bu hadisədən yaxşı xəbərdar idilər”- o əlavə edib.
 

Qeyd edək ki, erməni vəkil Norayr Norikyan iddia edir ki, Qeqarkunik rayonunun Azat kəndində mühəndis piyada rotasının sığınacağında baş vermiş yanğın nəticəsində həlak olan 15 əsgərin ölümünü müəmma adlandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına etibar etmədiyi üçün iş üzrə araşdırmaya başladığını vurğulayan vəkil valideynlərlə birgə araşdırma aparmaq üçün hadisə baş verən əraziyə gediblər. Norayrla birgə orda olan ölən əsgərlərin valideynlərinin fikrinə görə, iş çox müəmmalıdır. Onlar  Azat kəndində apardıqları araşdırmalarda yanğının hansı hissədə baş verdiyini öyrəniblər, həmin yerə baxış keçiriblər  və çoxlu suallar yaranıb:”Yanğın ocağının vəziyyətini və alovun yayılmasını araşdırarkən belə bir təəssürat yarandı ki, yalnız çarpayılar yanıb. Dəhliz deyilən boşluq yanmayıb, taxta döşəmə yanmayıb, deyəsən yalnız çarpayılarda yatan əsgərlər yanıb. Hətta döşəmənin rəngi dəyişməyib, boyası da zərər görməyib. Məlumata görə,  orada 21 nəfər olub , onlardan 6 nəfəri binadan çıxa bilib. Sağ qalan 6 nəfərin oradan çıxma şəraiti suallar yaradır. Qalan 15 əsgər niyə çıxmadı? Biz müvafiq nəticələr çıxarmışıq”

Vəkil qeyd edib ki, əsgərlər qeyri-müəyyən şəraitdə və yanğından əvvəl ölüblər.

Əntiqə Rəşid