Vanadzorda “İstanbul duyar vana” yazısı hayları qəzəbləndirdi

Haylar İrəvanın mərkəzində oxunan “Qarabağ” mahnısının şokundan ayılmamış yeni şoka giriblər.
Adalet.az xəbər verir ki, vaxtı ilə azərbaycanlılara məxsus Böyük Qarakilsə, azərbaycanlıların deportasiyasından sonra Vanadzor etdikləri rayonunun su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının bir çoxunun təmirində istifadə edilən texniki hissələr Türkiyədən alındığı məlum olub. Xüsusən, lüyklərin qapağında “İstanbul duyar vana” yazısı şəhər sakinlərini əsəbləşdirib.
Arusyak adlı jurnalist verdiyi müsahibədə deyir ki, 2021-ci ildə Almaniya İnkişaf Bankının (KFW) kreditləri hesabına Vanadzorun su təchizatı və kanalizasiya sistemlərinin bərpası layihəsi həyata keçirilib. Buna baxmayaraq, suyun 24 saat verilməməsi hələ də qalır. Bununla yanaşı, Vanadzorun yaşlı sakini bizə dedi ki, şəhərimizdə “marka” var – türk lyuklarının üzərində “İstanbul” yazısı var. Təbii ki, bu xoşagəlməz hal idi, gileyləndik, gəlib bir neçə lyuk qapağından “İstanbul”u silməyə çalışdılar, amma silmək mümkün olmadı . İndi bütün şəhərin lyuklarında eyni markadır.Buna üzülürük".
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsi 2022-ci ildə 324,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə (73,5 milyon ABŞ dolları) 4,4 dəfə çox olub. Amma hayların qəlbində türklərə qarşı o qədər nifrət varki, adi bir kanalizasiya luykunun üstündə belə İstanbul adını qəbullana bilmirlər.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Oktyabr 2025 00:00 Bu gün Qubadlının günüdür - şəhərin azad edilməsindən 5 il ötür
24 Oktyabr 2025 18:56 Oturacaqlar niyə yığışdırıb?
24 Oktyabr 2025 16:41 Xəzər sahilinə qonmuş İtaliya: Bakının “Kiçik Venesiya” şəhərciyi
24 Oktyabr 2025 16:15 Camaat ət almaqdan ehtiyat edir...
24 Oktyabr 2025 11:50 Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb
24 Oktyabr 2025 11:11 "Bu, heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını alır" - AÇIQLAMA
24 Oktyabr 2025 09:29 Beyləqanda heyvan bazarında monitorinq aparılıb - Nöqsanlar aşkarlandı
23 Oktyabr 2025 17:56 

Bakı -°C 






