Vasif Tağıyev əməliyyat olundu
“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”.
Adalet.az xəbər verir ki, bunu açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.
Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:
“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:
“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var. /Oxu.az
Digər Xəbərlər
09 Sentyabr 2026 17:09
FHN-dən Şəkidəki hadisə ilə bağlı AÇIQLAMA
09 Sentyabr 2026 13:24
“İsraili düşmən göstərib İslama və müsəlmanlara qarşı savaşmaq...”
09 Sentyabr 2026 12:26
Sabah Bakıda yağış yağacaq
09 Sentyabr 2026 10:53
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
09 Sentyabr 2026 09:53
Mehriban Əliyevadan Aleksandr Şarovskinin vəfatı ilə bağlı PAYLAŞIM
09 Sentyabr 2026 08:29
Paytaxtın 7 yolunda sıxlıq var
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47


Bakı -°C

