Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə hazırdır
Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri (XİN) arasında görüş keçirməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.
“Söhbət hər iki tərəf üçün nəyin daha faydalı olacağından gedir. Ümid edirəm ki, xarici işlər nazirləri ən qısa zamanda görüşmək imkanı tapacaqlar. Əgər bu, Vaşinqtonda baş verərsə, biz oynaya biləcəyimiz roldan asılı olmayaraq, onları məmnuniyyətlə qəbul edəcəyik. Ancaq bir çox kanallar var və hər iki tərəf effektiv birbaşa əlaqəni dəstəkləyirlər. Biz bu prosesdə dost kimi iştirak edirik”, - o bildirib.
Digər Xəbərlər
30 Iyun 2024 12:12
Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 Iyun 2024 17:17Namizədlərin irəli sürülməsi prosesi başlayıb
29 Iyun 2024 16:31Seçkiqabağı təşviqatın vaxtı AÇIQLANDI
29 Iyun 2024 16:30Növbədənkənar parlament seçkiləri ilə bağlı MSK-nın iclası keçirilib - YENİLƏNİB
29 Iyun 2024 13:53