adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2021 15:00
47324
ŞOU-BİZNES

Vəfa Nəfəsə söz atdı:“Qalmaqal acizlikdir”

“Hər kəs bacardığı işi görür. Sənəti ilə tanına bilməyənlər qalmaqala əl atır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “instagram” hesabında yazıb:

“Qalmaqal bir sənətçinin ən böyük acizliyi və çarəsizliyidir. Günlərdir, efirdə adım çəkilərək haqqımda yalan şayiələr danışılır. Məndən cavab gözləyənlər boşuna gözləməsin. Mənimlə özünüzü reklam edə bilməyəcəksiniz”.

Qeyd edək ki, Aqşin Fatehin Nəfəslə iş birliyini dayandıraraq Vəfa Şərifovanın yanına getməsi və onunla duet oxuması üçlük arasında qalmaqala səbəb olub. Aqşin Fateh Nəfəsi günahlandırıb, Nəfəs isə Aqşini ittiham edib. Nəfəsin ard-arda müxtəlif proqramlarda Vəfanın adını çəkməsindən sonra xanım Şərifova “instagram” hesabında qeyd etdiyimiz postu paylaşıb.

Rövşən Tahir