Vəhşi heyvan və quşların ictimai müəssisələrdə saxlanması ilə bağlı monitorinqlərə başlanıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb.
Bu barədə Adalet.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır:
"Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur. Bu hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır".
Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.
Qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, Agentlik müvafiq inzibati tədbirlər görəcək.
Digər Xəbərlər

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

AZAL yeni "Airbus A320neo" təyyarəsi alıb

Bakının bu hissəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Formula-1 günlərində xidmət göstərmək üçün 22 briqada ayrılıb

Xıdırlı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi

Qozlukörpü–Kəlbəcər yolunun tikintisi nə yerdədir? - VİDEO
