Vətən xainləri cəzalarını alacaqlar
İstənilən ölkənin ictimai siyasi həyatında baş verən hadisə dərhal xalqın diqqətini çəkir.Və bu diqqət də elə həmin o qısa zaman içərisində ictimai fikri də ortaya çıxarır. Bu prizmadan baxanda onda aydın olur ki, xalqımız son dövrlərdə kifayət qədər diqqət çəkmiş “Ramiz Mehdiyev işi”ni xüsusi maraq və həm də diqqətlə izləyir. Çünki zamanında çox böyük səlahiyyətlər sahibi olmuş. Milyonlar qazanmış bir məmurun həm xalqa, həm dövlətə, həm də itidara vurduğu zərbə, etdiyi xəyanət heç cür ağıla sığışmır. Biraz da dəqiq ifadə etsək, Ramiz Mehdiyevin dövlətimizə və xalqımıza vurduğu zərbənin, etdiyi cinayətlərin bir adı var. O da XƏYANƏTdir.
Bu gün aparılan araşdırmalar istintaq materiallarının çözülməsi “Ramiz Mehdiyev işi”ni böyük bir şəbəkəni əhatə etdiyini ortaya qoyur. Verilən bilgilərdən aydın olur ki, Ramiz Mehdiyev öz komandasını çox məharətlə dövlət çevrilişinə hazırlayırmış. Hətta ölkə xaricində də dayaq nöqtələri yaratmaq və xaricdə yaşayan bəzi insanların maddi və fiziki gücündən yararlanmaq üçünn planlı şəkildə fəaliyyət göstərmişdir.
Son bilgilərə görə ölkəmizdə yüksək dövlət postları tutmuş bir çox sabiqlər, yəni vəzifəli məmurlar da Ramiz Mehdiyevin yanında olmuş. Onun çirkli məqsədinə nail olması istiqamətində yardımçılarına çevrilmişdilər. Lakin bu yaltaq, qorxaq və həm də vəizfə hərisi olar sabiqlər xalqı soyub-talamağa maraq göstərən acgöz məmurlar Ramiz Mehdiyevlə iş birliyinə gedəndə ölkə prezidentinin və Azərbaycan xalqının iradəsinə qarşı çıxdıqlarənı sanki unudublar. Onlar unudublar ki, düşmən başını əzən “Dəmir yumruq” vətən xainlərini də yerində otuzduracaq.
Bəli, hələ sovet dönəmində xalqımızın böyük fəxrlə yaddaşına yazdığı Ulu Öndərimizə məxsus olan “Qoy ədalət zəfər çalsın” adlı kəlam bu gün də hər kəsin tez- tez xatırladığı fikirdir. Biz inanırıq ki, Ramiz Mehdiyev və onun çevrəsi ədalət qarşısında boynu bükük dayanacaq. Xalqımızın iradəsi. Prezidentimizin qətiyyəti daxili düşmənlərin üzərində də ədalətin zəfərini təmin edəcəkdir.
"Ədalət" qəzeti
Digər Xəbərlər
18 Dekabr 2025 12:35
Türkiyə S-400-ləri qaytarsa... - Azərbaycana lazımdırmı? - Səxavət Məmməd yazır
18 Dekabr 2025 12:17
“Azərbaycanın apardığı ağıllı siyasət Cənubi Qafqazı Rusiya təhlükəsindən...”
18 Dekabr 2025 11:52
İlham Əliyev Qətər Əmirinə məktub ünvanladı
18 Dekabr 2025 11:21
"Sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi...”
18 Dekabr 2025 10:32
“Əmək Məcəlləsinə edilən dəyişikliklər sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqini nəzərdə tutur”
18 Dekabr 2025 09:22
Azərbaycan-Niderland tərəfdaşlığının dərinləşdirilməsi təsdiq olunub
17 Dekabr 2025 18:00
Azərbaycan XİN Butan Krallığını təbrik edib
17 Dekabr 2025 15:51


Bakı -°C

