Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Bu ilin yanvar-avqust aylarında ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 124 milyon 658,4 min manat olub.
Adalet.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ƏDV ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilib.
8 ayda xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 6 milyon 944,9 min manat təşkil edib.
Digər Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı

Azərbaycan nefti ucuzlaşdı

Taleh Kazımov: "Gördüyümüz tədbirlər müsbət nəticələr verir"

Naxçıvanda işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanıb

Rusiyanın Ermənistan vasitəsilə yayındığı beynəlxalq sanksiyalar Ukraynada müharibəni dərinləşdirir

Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə çəki stansiyası yaradılacaq
