Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.
Bu barədə Adalet.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qeyd edilib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.
İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;
• E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;
• Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;
• Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;
• Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.
Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.
Digər Xəbərlər
19 May 2026 17:14
Azərbaycan süni intellekt və data mərkəzləri üzrə regional hab olmağı hədəfləyir
08 May 2026 09:18
İnstaqram bu funksiyanı ləğv etdi
06 May 2026 10:48
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR
04 May 2026 17:12


Bakı -°C

