Veteran futbolçu vəfat etdi
İtaliyanın “İnter” komandasının veteran futbolçusu Evaristo Bekkalossi vəfat edib.
Adalet.az xəbər verir ki, o, 69 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı Breşiyadakı klinikada dünyasını dəyişib.
Evaristo Bekkalossi 1980-ci ildə A Seriyasını və ölkə kubokunu qazanıb. O, həmçinin "Sampdoriya”nın heyətində də İtaliya Kubokuna sahib çıxıb.


Bakı -°C

