Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze ölkəmizə rəsmi səfərə gəlib.
DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumta görə, Gela Geladze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.
Vilayət Eyvazov Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.
Digər Xəbərlər

Hikmət Hacıyevdən agent iddialarına CAVAB

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşüb

Zakir Həsənov İrana başsağlığı verdi

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

"Azərbaycan borc verən dövlətə çevrilib" - Siyavuş Novruzov
