Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Adalet.az xəbər verir ki, nazir əvvəlcə Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Polis Şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələ 314 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 206 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 17 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Digər Xəbərlər
02 Fevral 2026 13:12
1738 hektar ərazi minalardan təmizlənib
02 Fevral 2026 09:17
Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı PAYLAŞIM
31 Yanvar 2026 15:35
FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi - VİDEO
31 Yanvar 2026 14:44
Bölgələrdə güclü külək əsir
31 Yanvar 2026 11:12
Azərbaycan və BƏƏ hərbçiləri birgə təlimə belə hazırlaşırlar - VİDEO
31 Yanvar 2026 11:00
Rəsulzadənin anadan olmasından 142 İL ÖTÜR
30 Yanvar 2026 18:35
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi - YENİLƏNİB
30 Yanvar 2026 16:30


Bakı -°C

