Vilayət Eyvazov şəxsi heyəti TƏBRİK ETDİ
Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin davamlı tərəqqisinin mühüm şərtlərindən olan asayişin və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Adalet.az xəbər verir ki, bu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinə Novruz bayramı münasibətilə təbrikində yer alıb.
“Novruz bayramı münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Özündə xalqımızın çoxəsrlik mədəni keçmişini və zəngin mənəviyyatını dolğun təcəssüm etdirən bu Novruz bayramı da yurdumuzun hər bir yerində xoş ovqatla qarşılanır, eyni zamanda günbəgün inkişaf edib qüdrətlənən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu dövlət siyasəti sayəsində işğaldan azad edilmiş şəhər və rayonlarımızın yenidən canlandırılması və əzəli torpaqlarımıza əbədi qayıdış naminə aparılan quruculuq işləri vətəndaşlarımızın bayram sevinclərini və qurub-yaratmaq əzmini daha da artırır.
Öz növbəsində parlaq Qələbənin böyük qürurunu yaşayan, xalqa və dövlətə sədaqətli xidməti möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilən əməkdaşlarımız və hərbi qulluqçularımız da bu bayram günlərində insanların dinc həyatını, qanuni mənafelərini, hüquq və azadlıqlarını qətiyyətlə qoruyur, ölkəmizin davamlı tərəqqisinin mühüm şərtlərindən olan asayişin və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verirlər.
Qanunla müəyyən edilmiş mühüm vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəyinizə əminliyimi ifadə edərək hamınıza möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram. Bayramınız mübarək!”, - nazir qeyd edib.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

