Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Dövlətimizin başçısının gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksəkmənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.
Kursantlara Vətənimizin, eləcə də Azərbaycan polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edilib.
Digər Xəbərlər
24 Sentyabr 2026 16:56
FHN-dən əhaliyə MÜRACİƏT
24 Sentyabr 2026 16:31
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
24 Sentyabr 2026 16:12
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24 Sentyabr 2026 16:02


Bakı -°C

