adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Noyabr 2021 11:15
1435
ANALİZ

Xaçaturyan: "Türkiyə digər dövlətlər kimi “erməni soyqırımı”nı tanımalıdır. Əks halda..."

Hamımıza məlumdur ki, erməni quldurları 1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22-də Van şəhərində 15 min adamı məhv etmiş, 1000 körpəni boğmuşdular. 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq diri-diri yandırmışdılar.

Martın 17-də Urmiyada 10 min dinc sakini işgəncə ilə öldürmüşdülər. XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür. Buna baxmayaraq, erməniləri əllərinin “dəyənəyi” hesab edən  bir sıra dövlət və siyasi şəxslər ancaq ermənilərin uydurduğu soyqırımını  dəstəkləyib. Onun tanınmasını vacib sayıblar.
 Əslində, elə dünya da insani keyfiyyətlərdə onlardan yüksəkdə durmağı bacaran türklərə nifrət etməyə bir bəhanə axtarırdı və ermənilərin sayəsində o "qondarma soyqırım” ı fürsəti əllərinə kecib. İndi isə o fürsətdən faydalanır, yeri gəldi - gəlmədi içlərinə yığılmış nifrəti-ədavəti zəhər kimi addımbaşı tökməkdən cəkinmirlər.

 

Bax, elə buna görə də, ermənilərin saxta iddialarına "inanan” ölkələrin sayı artır. İsveç parlamenti 12 mart 2010-cu ildə, Uruquay 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə, Yunan Kipri 1982-ci ildə, Amerika Birləşmiş Ştatları - ABŞ-ın 40-dan çox ştatında, Argentina 1985-ci ildə, Rusiya 1995-ci və 2005-ci ildə, Kanada 1996, 2000 və 2004-cü illərdə, Yunanıstan 1996-cı ildə, Livan 1997-ci və 2000-ci ildə ,Belçika və Fransa 1998-ci ildə, ( Fransada sözdə "erməni soyqırımı"nı rədd etmək cinayət sayılır), İtaliya və Vatikan 2000-ci ildə, İsveçrə 2003-cü ildə, Slovakiya və Hollandiya - 2004-cü ildə, Polşa, Almaniya, Venesuela, Litva - 2005-ci ildə, Çili 2007-ci ildə, Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul ediblər. Almaniya 2-ci dəfə -2016-cı il iyunun 2-də saxta iddianı "soyqırımı olaraq tanıyıb. Bu ilin aprelində isə ABŞ Prezidenti Joe Biden Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini "soyqırım" kimi tanıdı.
 Əlbətdə bu avantajlar ermənilərə həyasızlıq etmək üçün böyük fürsətlər verdi.

 


Adalet.az erməni mediasına istinadən xəbər verir ki,  Erməni İnqilab Federasiyası Bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan jurnalistlərə müsahibəsində Türkiyəyə xoş getməyəcək fikirlər irəli sürüb:“Biz ilk növbədə sərhədin delimitasiyası və demarkasiyası prosesindən narahatıq. Çünki Türkiyə və Azərbaycan hər şeyi edəcək ki, “Artsax”ın status məsələsi demarkasiya yolu ilə “dəfn edilsin”.
Xaçaturyan bildirib ki, ATƏT-in Minsk Qrupu formatının bərpası və danışıqların davam etdirilməsi arzuolunandır: “Xalqlar arasında əsas məsələlər həll edilməsə, sülhün bərqərar olması mümkün deyil. Türkiyə digər dövlətlər kimi “erməni soyqırımı”nı tanımalıdır. Əks halda bölgədə qalıcı və davamlı sülh ola bilməz” – deyə Xaçaturyan səsrəm fikirlərini tamamlayıb.

P.S. "Qaregen Njdenin təlimi"nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir”. Yəni türkə olan nifrət ideoloji vasitədir, silahdır. Görünür, ermənilərin zaman –zaman əzilmə faktlarının səbəbi özlərindən olmayan xalqları əzmək istəyindən irəli gəlib. Əgər  dünyanın 50 yaxın  dövləti fatlara əsaslanmadan Türkiyəni suçlayacaqsa və faktın yoxluğu  sayəsində Türkiyə üzərində heç bir naliyyət və  qələbə qazana bilməyiblərsə,  ticarəti və dolanışığı Türkiyədən olan bir ovuc  erməni  bu iddiası ilə nə qazanacaq anlamıram.

 Ümid edirəm Türkiyə bu açıqlamaya uyğun cavab verəcək.

 Əntiqə Rəşid
 

Digər Xəbərlər