adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 May 2023 15:23
869
ŞOU-BİZNES

Xalq artisti Faiq Ağayev: “Mən bunu qəbul etdirdim”

“Bu dəqiqə mənim dörd barmağımda üzük var, bu o demək deyil ki, mən səhnədən kənarda dörd üzüklə gəzirəm. Bunu nağıl aləminə şamil etməzlər. İncəsənət nağıl aləmidir”.

Adalet.az xəbər veri ki, xalq artisti Faiq Ağayev bu fikirləri “Sözbaz” verilişində səsləndirib.

“Mən dəfələrlə demişəm ki, eyni artist dünyanın ən saf insanı rolunu da oynaya bilər, ən alçaq insanını da, amma bu odemək deyil ki, o saf da, o alçaq da həmin insandır. Bu roldur. Misal üçün, mənim obrazım tələb edirsə, gözümün rəngi də dəyişə bilər, saçımın da, geyimim də müxtəlif ola bilər. Bu dəqiqə mənim dörd barmağımda üzük var, bu o demək deyil ki, mən səhnədən kənarda dörd üzüklə gəzirəm. Bunu nağıl aləminə şamil etməzlər. İncəsənət nağıl aləmidir. Mən bunu qəbul etdirdim. Çünki gördülər ki, bu obrazların arxasında Azərbaycan dilini çox sevən bir insan dayanır. O, Azərbaycan musiqisinin aşiqidir. Vətənini sevən insandır. Valideynə, dosta dəyər verən insandır. Tərəzinin bir gözündə belə xüsusiyyətlər olanda, o biri gözündə olan obrazlar artıq qəbul olunur”.

 

Emin