Xalq artisti: “Uzun müddət əziyyət çəkdim”
Xalq artisti Gülyanaq Məmmədova illər əvvəl səhhətində yaşadığı problemlərdən danışıb.
Adalet.az xəbər verir ki, sənətkar pandemiya dönəmində stress keçirdiyi üçün depressiyaya qarşı dərmanlar qəbul etdiyini etiraf edib:
“Pandemiya dövründə panik-atak xəstəliyi hədsiz çox idi. İnsanlar hər şeydən qorxurdular. Tez təlatümə düşürdülər.
Mən bunu efirdə danışanda məni qınadılar ki, bunu niyə deyirsən. Məni qınayanlara dedim ki, mən mədəniyyət işçisiyəm və cəmiyyətə müsbət ünmunə olmalıyam. Kimsə mənim sözlərimlə sağalacaqsa, dərman qəbul edib, normal həyatına davam edəcəksə, nə xoş mənim halıma.
Bəzi insanlar panik-atakın necə baş verdiyini, hansı problemlərin hyaratdığını bilmirdilər. Mən doğru yol göstərməliyəm. Burda pis nə var ki?
Demək olar ki, uzun müddət əziyyət çəkdim. Mənim üçün 6 ay böyük zamana çevrildi.
İlkin mərhələdə elə bilirdim ki, koronaya yoluxandan sonra problemlərim artıb. Ancaq sonradan məlum olub ki, mən panik-atakam. O xsətəliklərin də bir- birlərinə bənzərliyi çoxdur. Ona görə insan daha çox təşvişə düşürdü”.
Əntiqə


Bakı -°C

