Xalq artistinin anım günüdür
Ömrünü Azərbaycan kino və teatr sənətinə həsr etmiş Xalq artisti Kamal Xudaverdiyevin anım günüdür. Aktyor 3 may 1938-ci ildə Bakıda anadan olub.
O, həm Akademik Milli Dram Teatrının aparıcı aktyoru, həm də lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi . Aktyor kimi məhz həmin janrlı filmlərdə tamaşaçı rəğbəti qazanmışdı. Onun teatr həyatı qısa bir zamanı çıxmaq şərti ilə Akademik Milli Dram Teatrı ilə bağıdır.
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb.
Aktyor teatrda yaratdığı presonajlarla yanaşı, kino sənətində də unudulmaz obrazlarla yadda qalıb. O, "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib. Onu tamaşaçıya sevdirən məqamlardan birisi xarizması və dəyişkən xarakterli obrazları mükəmməl canlandırması idi. Tamaşaçını inandıra bilirdi.
Əlbəttə çəkdiyi zəhmət də əbəs deyildi. Aktyor tamaşaçı sevgisi ilə yanaşı, rəsmi şəkildə də dəyərini alırdı. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi.
Səhhətində yaranan problemlər ona səhnəyə çıxmağa imkan vermir. O, ömrünün son səhnəsi olan bu fani dünya ilə vidalaşır- 23 aprel 2008-ci ildə ürək çatımazlığından vəfat edir.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
31 Oktyabr 2026 13:04
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31


Bakı -°C

