Xanım müdir həbs edildi - 25 min mənimsəyib
"Azərpoçt" MMC-nin 2 saylı Poçt filialının sabiq müdirinə cinayət işi başlanıb.
Binəqədi rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

