Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO
Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camara” markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.
E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.
Digər Xəbərlər
22 Yanvar 2026 09:36
Saatlıda 6 kq narkotik vasitə aşkarlandı - VİDEO
21 Yanvar 2026 17:02
Ağcabədidə əməliyyat - Bir nəfər həbs edildi - VİDEO
21 Yanvar 2026 12:32
“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olundu - VİDEO
21 Yanvar 2026 11:53


Bakı -°C

