Xankəndidəki partlayış: 20 ölü, 290 yaralı, itkinlər isə...
jpg-1695709477.jpg)
Hazırda erməni mediası Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində çənin partlaması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumatları tirajlamaqla məşğuldur..
Məlumatlarda deyilir ki, 3 tibb müəssisəsinə ümumilikdə müxtəlif xəsarətlərlə 290 nəfər gətirilib. Həmçinin rus sülhməramlılarının modul tipli tibb mərkəzi də yaralıları qəbul edib.
Partlayış əsnasında ağır yaralanan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, 13 meyitin isə şəxsiyyəti tanınmayıb və morqa yerləşdirilib.
İtkin düşənlər var amma hələki onlar haqqında konkret məlumat yoxdu.
Qeyd edək ki, ötən gün Xankəndi-Əsgəran yolu üzərindəki yanacaq məntəqəsində yanacaq almaq üçün xeyli erməni əraziyə yığışıb və elə bu əsnada partlayış olub.
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezident onları ayaq üstə alqışladı - VİDEO

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

"Kəngərlidə daha çox ev tikiləcək" - İlham Əliyev

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında - FOTOLAR + YENİLƏNİB
