adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2021 13:01
17285
SİYASƏT

Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Adalet.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilir: "Meron dağında baş vermiş faciəvi hadisə bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik".