Xəzər dənizində külək enerjisinin istehsalına dair Memorandum imzalandı
COP29 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan Adalet.az-a verilən məlumata görə, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.
Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Digər Xəbərlər
25 Noyabr 2026 10:02
“Azeri Light” bahalaşdı
23 Noyabr 2026 18:42
Qızıl bahalaşdı
23 Noyabr 2026 18:02
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51


Bakı -°C

