Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı
Xəzər dənizinin sahilində bataqlıq tısbağası müşahidə edilib. Mütəxəssislər şirin suda yaşayan bu sürünənin dəniz sahilində necə peyda ola biləcəyini izah ediblər.
Adalet.az xəbər verir ki, tısbağa Qazaxıstanın Manqistau vilayətinin Kurık kəndi ərazisində tapılıb.
Bioloq və quş müşahidəçisi Vasili Bastayev açıqlamasında yayılan videoda bataqlıq tısbağasının görüntüləndiyini təsdiqləyib. Onun sözlərinə görə, bu sürünənlərin Manqistau ərazisində olması qeyri-adi deyil. Belə ki, bu tısbağaların populyasiyası Saura gölü ərazisində uzun müddətdir məlumdur.
Bununla belə, tısbağanın birbaşa Xəzər dənizində peyda olması hələ də müəmmalı olaraq qalır. Mütəxəssislər heyvanın təsadüfən dənizə düşə biləcəyini istisna etmirlər. Mümkün səbəblər arasında insan amili və balıqçılıq torları da göstərilir.
ECO-SOCIAL ictimai birliyinin icraçı direktoru Adilbek Kozybakov bildirib ki, buna bənzər hallar daha əvvəl də qeydə alınıb. Belə ki, əvvəllər Tyuleniy adaları arxipelaqındakı Kulalı adasından bataqlıq tısbağasının foto və videoları daxil olub.
Mütəxəssisin sözlərinə görə, tısbağaların Xəzərin duzlu suyuna tədricən uyğunlaşması ilə bağlı fərziyyə də mövcuddur. Lakin bu versiya hələlik elmi təsdiqini tapmayıb.
Ekspertlər hesab edirlər ki, bu cür qeyri-adi müşahidələr əlavə araşdırma tələb edir. Xüsusilə yerli populyasiyanın sayının, onun digər populyasiyalarla genetik qohumluğunun və sürünənlərin şirin su hövzələrindən kənarda yaşamaq qabiliyyətinin öyrənilməsi təklif olunur.
Digər Xəbərlər
06 Oktyabr 2026 07:44
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
06 Oktyabr 2026 07:43
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
06 Oktyabr 2026 07:42
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
03 Oktyabr 2026 12:00
Dənizdən yığıb yola asfalt çəkdilər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44


Bakı -°C

