Xocalı Soyqırımı Memorial Kompleksi belə yaradılır - VİDEO

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir.
Adalet.az xəbər verir ki, Memorial kompleksin təməli 2024-cü il fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Dövlət başçısının Sərəncamına uyğun olaraq Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb.
Hazırda ərazidə kompleksin tikinti işləri aparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb. Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.
Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, Fondun “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.
Digər Xəbərlər

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Sahil Babayev 200 milyon manatı banka qoydu

Ali Məhkəmədən "Tərtər işi"ndə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR

Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüb

Rusiya AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib? - XİN aydınlıq gətirdi

“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası

Adəm Məmmədov azadlığa çıxdı
