Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.
Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.
Digər Xəbərlər

“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası

Adəm Məmmədov azadlığa çıxdı

"AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib" - Rusiya XİN

Pərviz Şahbazov: "Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni bazarlara çıxışı təmin edir"

Vəngli sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

DOST Mərkəzinin fəaliyyəti bərpa edildi

"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev
