"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı"- Elşad Hacıyev

""Bəli" deməyə yaşı çatmayanların toyuna icazə yoxdur. Əziz valideynlər, yaşı çatmayan övladlarınızı evləndirməkdən çəkinin".
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
"Zərdab rayonunda toy mərasiminin qarşısı niyə alınıb? Bilirsiniz ki, olmaz, qadağandır. Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı. Göz yummadıq, toyun dayandırılmasını təmin etdik, təşkilatçıları isə cinayət məsuliyyətinə cəlb etmədik. Bu, belə fikirdə olan insanlara siqnal olmalıdır. Unutmayın ki, təkcə hüquq və qanun deyil, cəmiyyət də erkən nikahları qəbul etmir. Qanuni tələblərə hər kəs hörmətlə yanaşmalı, rəhbər prinsiplərə əməl etməlidir", - deyə DİN rəsmisi qeyd edib.
Digər Xəbərlər

Dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklandı

Mehriban Əliyeva Çindəki paraddan paylaşım etdi

Prezidentlə xanımının paraddan maraqlı - FOTOLARI

Leysan olacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

İctimai nəqliyyatda güzəştlər tətbiq oluna bilər? - VİDEO

Deputat bu yoldakı tıxacdan YAZDI:Daha ağır vəziyyətlə üz-üzə qalacağıq

Xanyurdu sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
