Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
Xocavənddə partlayıcı vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, dörd TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
06 May 2024 15:40
Saxta uduşlu lotoreya dələduzluğu aşkarlandı
06 May 2024 14:59Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO
06 May 2024 11:546.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
06 May 2024 10:21Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı
06 May 2024 09:49