adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 May 2022 16:23
3093
AVTOMABİL

Xoşuna gələn avtomobili oğurlamaq üçün avtomobil zavoduna işə düzəldi

Müxtəlif vaxtlarda həmişə maraqlı xəbərlərlə zəngin olan Çin ölkəsində yenə də maraqlı bir hadisə baş verib. Belə ki, Çində 31 yaşlı Tszin Mou "BYD Qin" hibridavtomobilinə olan həvəsinə görə həbs edilib.

Çinin Çanşa şəhər Yuyxua dairə məhkəməsinin yeni dərc edilən sənədlərinə görə, o, "BYD Qin" markalı avtomobili o qədər bəyənib ki,avtomobilistehsal edən fabrikdə işə düzəlib və həmin avtomobillərdən birini oğurlamağa qərar verib.

Həm şəxs işə düzəldikdən iki ay sonra Mou hazır məhsulun anbara daxil olması fürsətindən istifadə edib və yeni avtomobili oğurlamaq istəyib. Lakin avtomobilin sənədləri olmadığı üçün çinli ərazini tərk edə bilməyib. Nəticədə avtomobili ilkin yerinə qaytarmaq lazım gəlib.

Bir qədər sonra o, eyni avtomobili oğurlamağa ikinci dəfə cəhd edib. O, fabrikin ərazisində müvəqqəti hasar taparaq onu dağıdıb və sevimli avtomobili ilə müəssisəni tərk edib. Oğru GPS sistemini söndürərək yol hərəkəti qaydalarını pozmamağa çalışıb. Lakin ertəsi gün o, polis tərəfindən saxlanılıb.

Mou cərimə olunaraq həbs cəzasına məhkum edilib.

Bünyamin