30 Oktyabr 2024 15:34
3264
MARAQLI

Xruşşovun bəşəriyyətə meydan oxuduğu gün: Qorxunc "ÇAR" bombası

1960-cı il oktyabrın 12-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 15-ci sessiyasında tarixdə görünməmiş hadisə baş verdi. Həmin gün BMT-nin Baş Assambleyasında “Macar məsələsi” müzakirə olunurmuşFilippin dövlətinin başçısı qeyd edir ki, “yaxşı olar ki, bu sənəd SSRİ-nin nəzarətində olan, yəni faktiki olaraq müstəqillikdən məhrum edilmiş Şərqi Avropa ölkələrinə də şamil edilsin”.

Bu fikirlərdən əsəbiləşən Xruşşov cavab üçün sədrdən söz istəyib. Lakin, sədr Sovet liderinə fikir verməyib. Bundan qəzəblənən Xruşşov icazəsiz tribunaya yaxınlaşıb və etirazını bildirib. Lakin mikrafon sönülü olduğu üçün əsəbiləşən Baş katib ayaqqabısını çıxardaraq tribunanı döyəcləyib. Bu zaman Sovet nümayəndə heyətinin üzvləri də lideri tək qoymayıb, onlar da yumruqları ilə stolları döyməyə başlayıblar.

Sovet höküməti də, Xruşşov da bu hörmətsizliyi həzm edə bilməzdilər və həzm etmədilər. Bu olaydan sonra SSRİ ABŞ-a öz nüvə potensialını göstərmək üçün düyməyə basır.
Beləki, kod adı Çar olan , tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahı kimi tanınan AN602 adlı hidrogen bombasını istehsal edir.
Şahidlərbildirir ki, bu dəhşətli silah cəmi 1 ildən sonra -30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilir. SSRİ-də yaradılan bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir. Dünya uzun müddət bu dəhşətli silahın təsiri ilə həyəcan keçirir.

“Çar” bomasının üstünlüyü və gücü nədə idi?

Mənbələrdə bildirilir ki, Çar bombası üç mərhələli "Teller-Ulam" tipli termonüvə silahı kateqoriyasına aiddir. Bu silah Naqasaki və Hiroşima şəhərlərinə atılan nüvə silahlarından 1350-1570 dəfə, İkinci dünya müharibəsi dövründə partladılmış bütün silahlardan 10 dəfə, 1883-cü ildə püskürmüş Krakatau vulkanının 25%-i, bütün nüvə sınaqlarını isə 10%-i gücündə olub.
İlkin olaraq silahın gücünün 100 meqatona çatdırılması planlaşdırılırdı, amma zərbə dalğasının güclü, radioaktiv çöküntünün isə normadan yüksək olacağı qənaətinə gələrək dizaynerlər üçüncü və çox gümanki ikinci partlayış mərhələsini də uranium-238-i neytron reflektoru ilə əvəz etdilər.

Bunun nəticəsində radioaktiv çöküntü minimuma endirildi və bu tarixdə ən "təmiz" nüvə silahı olaraq sınaqdan keçirlidi.
Silahın komponentləri akademik Yuli Xariton, Andrey Saxarov, Viktor Adamski, Yuri Smirnov və Yuri Trutnev tərəfindən yaradılır. Sınaqdan sonra Saxarov nüvə silahlarının istifadəsi əleyhinə çıxış etdi və bu da onu Sovet dissidentləri sırasına qatdı.

“Çar”ın atıldığı gün nələr oldu?

Çar bombası sınaq ərazisinə modifikasiyalaşdırılmış Tu-95V təyyarəsi vasitəsilə çatdırılır. Kola yarmadasından qalxan təyyarə çəkiliş aparan Tu-16 təyyarəsi ilə bir yerdə istilik zərbəsini minimuma endirmək üçün xüsusi reflektorlu ağ boya ilə rənglənir.
Bombanın çəkisi 27 ton, uzunluğu isə 8 metr idi. Buna görə silah təyyarənin daxiluinə yerləşmir.

Bu səbəbdən onu təyyarənin altına bərkidirlər. Bombaya əlavə olaraq 800 kiloqram ağırlığında paraşüt bağlanır ki, təyyarə heyətinə partlayış mərkəzindən 45 kilometr uzaqlaşmağa şərait yaratsın.

Bomba Moskva vaxtı ilə 11:32-də partladıldı. Alov kürəsi 1000 kilometr məsafədən seçilirdi. Göbələk buludu 64 kilometr hündürlüyə yüksəldi. Bu o deməkdir ki, nüvə buludu Stratosfer və Mezosfer təbəqələrinə qədər yüksəlib. Yaxınlıqda yerləşən yaşayış məntəqələri dağılır, radioəlaqə 1 saat müddətində kəsilir.

Sınaq iştirakçılarından biri 270 kilometr məsafədən partlayış işığını görür və müvəqqəti olaraq kor olur. Zərbə dalğası Norveç və Finlandiyada hiss edilir. 700 kilometr məsafədə yerləşən Dikson qəsəbəsində evlərin şüşələri qırılır.
Hərbi sənaye mütəxəssislərinin fikrincə, Çar bombası bəşəriyyət tərəfindən icad edilmiş ən güclü silahdır. Müqayisə üçün ABŞ-də sınaqdan keçirilmiş "Bravo qəsri" silahı 25 meqaton gücündə olub. Belə silahlar əsasən uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsilə hədəfə çatdırılır. Bu tip nüvə silahları əsasən iri şəhərləri və ya müəyyən regionları məhv etmək üçün istifadə olunur.

Qeyd edək ki, 2007 –ci il 11 sentyabr günü dünya Rusiyanın sınaqdan keçirdiyi dəhşətli silahdan danışırdı. Rusiya "Bütün Bombaların Atası" kimi tanınan ən böyük adi silahı sınaqdan keçirdiyini və bu silahla əbədi rəqibi olan ABŞ-a meydan oxuduğunu bir daha ortaya qoydu.
Rusiyanın bu nəhəng bombası havada partlayır və oksigenlə reaksiyaya girərək daha da alovlanır və dağıdıcılıq qabiliyyəti bir az güclənir. Hərbi ekspertlər dağıdıcı gücünə görə bu bombanı taktiki nüvə silahları ilə müqayisə edirlər.

Bu partlayışdan çıxan partlayıcı toz dağıdılmalı olan əraziyə düzülür. İkinci mərhələdə bombanın ikinci kamerasındakı partlayıcı aerozol alovlanır və ətrafdakı partlayıcı toz əmələ gəlir. Yaranan geniş vakuum dalğası məhv edilən ərazidə təzyiqi azaldır. Təsir zonasındakı bütün canlılar buxarlanır”.

 Əntiqə Rəşid