04 Yanvar 2025 17:03
302
MƏMLƏKƏT

Mənzil Tikinti Kooperativləri sakinlərdən artıq pul alır

Son iyirmi ildə ölkəmizdə sayı- hesabı  bilinməyən  yüksək mərtəbəli  evlər tikilib.  

Bunu  keyfiyyətli inşa olunanı da, var keyfiyyətsiz  tikiləni  də! Aydındır ki, bu binaları da ayrı- ayrı  MTK- lar   inşa ediblər. Xüsusilə də , Bakıda belə binalar həddindən çoxdur. Bununla işimiz yoxdur. İşimiz onunladır ki,  bu binalar tikilib istifadəyə  veriləndən  sonra  sakinlər bir çox çətinliklə üzləşırlər.  

Belə ki, Yeni Günəşlidə " Ana Kür" Mənzil Tikinti Kooperativin inşa etdiyi iki binada yaşayan sakinlər deyirlər ki, komendant bizdən artıq pul alır və hər ay məcbur olub, 50 manat artıq pul ödəyirik. Biz başa düşürük ki, orada bizə bir çox xidmətlər göstərilir, amma , vallah, pul o qədər eləmir, axı! Biz deyilənləri dəqiqləşdirmək üçün həmin Mənzil Tikinti Kooperativi ilə əlaqə yaratdıq.

Oranın komendatı  bildirdi ki, biz sakinlərdən artıq pul almırıq, nə xidmət göstərilir, onun pulun istəyirik.Blokların işıqlandırılmasından  tutmuş, tullantıların daşınması, həyətin süprülməsinə  və mühafizə xidmətinə kimi, hər şey bura daxildir. Bundan başqa, sakinlərdən heç nə tələb etmirik! Bəs, onda camaat niyə narazılıq edir, bax bunu başa düşmək olmur?!

Emil Faiqoğlu